ac15eea9-7eac-468f-adad-ac8893066321..jpg

Əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkəyə gətirilən əcnəbilər saxlanılıblar – VİDEO

Baxış sayı: 896 dəfə baxılıb.

Əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkəyə gətirilən
əcnəbilər saxlanılıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş
tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda ünvan qeydiyyatına
alınmadan və viza müddətindən artıq (qanunsuz) yaşayan altı əcnəbi saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin xaricdə turizm xidmətləri göstərən həmvətənləri
tərəfindən 1000-1800 dollar qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə
aldadaraq ölkə ərazisinə gəlmələrinin təşkil olunması müəyyən edilib.

Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində əyani təhsil
alan digər həmvətənləri tərəfindən qarşılanaraq müxtəlif ünvanlarda
yerləşdiriliblər. Onlardan üç nəfərin iş icazəsi əldə edilmədən tikinti
işlərinə cəlb olunduğu, digər üç nəfərin isə iş icazəsi almaq vədi ilə
aldadılaraq pasportlarının alındığı, şikayət edəcəkləri təqdirdə, həbs
olunacaqlarına dair təhdid edildiyi müəyyən edilib. Aşkar edilən hallarla bağlı
materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına
göndərilib.

Ümumilikdə, 2024-cü ilin aprel ayı ərzində qanunsuz miqrasiyaya qarşı
keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 785 əcnəbi
saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər
olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun
olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və
ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində
miqrasiya qanunvericiliyini pozan 202 əcnəbi Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla
müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində
yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin
olunub. Eyni zamanda, ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və
digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 1598 inzibati qərar qəbul edilib.


Source link