Əməkdar artist əməliyyat olundu: “Bir neçə ay səhnədən uzaq qalacağam” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyevin səhhətində
problemlər yaranıb.
Yenicag.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən sənətçi bu gün əməliyyat
olunub.
Aktyor bel yırtığından əməliyyat olunduğunu bildirib:
“Əməliyyat bu gün baş tutdu, çox şükür uğurla keçdi, indi yaxşıyam. Bel
yırtığından əziyyət çəkirdim. İmplant qoymadılar, amma həkimlər deyirlər ki,
mütləq özümü qorumalıyam.
Həkimlərin göstərişinə görə, bir neçə ay səhnədən uzaq qalacağam”.