5cb9e39f-a882-4bd0-a493-9fb2ccdde7e3..jpg

Əməkdar artist Aygün Bəylərin səhhəti ilə bağlı AÇIQLAMA

Baxış sayı: 771 dəfə baxılıb.

Əməkdar artist Aygün Bəylərin səhhəti ilə bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əməkdar artist Aygün Bəylərin səhhətində heç bir problem yoxdur”.

Bu barədə Cixisyolu.com-a Əməkdar artistin yaxınlarından biri məlumat verib.

İfaçının yaxınlarından verilən məlumata görə, o qan analizi üçün xəstəxanaya
üz tutub:

“Aygün xanımın xəstəxanaya yatırılması ilə bağlı yayılan xəbərlər yalandır.
Reytinq xətrinə yanlış məlumatlar verirlər. Hər kəs narahat olub. Aygün
Bəylərin səhhətində heç bir problem yoxdur. Evdədir. Hər şey qaydasındadır.

Qan analizi verən zaman fotosu çəkilib, paylaşılıb. Dünəndən bu günə qədər
yüzlərlə zəng gəlib. Diqqətiniz üçün təşəkkür edirik. Bir daha demək istəyirəm
ki, narahat olmayın. Aygün xanım yaxşıdır”.

Xatırladaq ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra
müalicə olunduğunu və sağaldığını deyib.

Nəzrin Vahid

Source link