c12166b3-f8aa-4730-b7e0-ae3159c38bbf..jpg

Əməkdar artist Ələkbər Əliyev: “Tamaşalarım yarımçıq qaldı” – AÇIQLAMA + FOTO

Baxış sayı: 474 dəfə baxılıb.

Əməkdar artist Ələkbər Əliyev: “Tamaşalarım yarımçıq qaldı” – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Ələkbər Əliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bu barədə Cixisyolu.com-a tanınmış aktyorun özü məlumat verib. O, dəhşətli ağrıları
olduğunu qeyd edib:

“Belimdə dəhşətli ağrılar var idi. Uzun illər bu xəstəlikdən əziyyət çəkmişəm.
Onurğamda yırtıq var. 2010-cu ildə əməliyyat olundum. Yırtıq həmin vaxt yeddi
millimetr idi. Lakin əməliyyat o qədər də uğurlu alınmadı. Bir ilə yaxın
axsadım. Əlil dərəcəsi belə almışdım.

Ötən gün əməliyyat olundum. Onurğamdakı yırtıq 25 mm idi. Şükürlər olsun ki,
yaxşıyam. Palataya köçürülmüşəm. Sabah xəstəxanadan çıxacağam. Ağrılarım
azalıb. Yalnız yaranın yeri narahat edir. O da təbii haldır. Yeriməmdə də
problem yoxdur. Ağrılardan yaxa qurtardığıma inana bilmirəm”.

Aktyor səhnədən uzaqlaşması ilə bağlı məsələyə münasibət bildirib:

“Düzdür, səhnədən bir müddət uzaqlaşacağam. Tamaşalarım yarım qaldı. Yəqin ki,
təxirə salınar. Ya da müvəqqəti kimsə rollarımı oynayar. Baş rol oynayacağım
tamaşalar da var idi. Sağalım, geri qayıdacağam. Aktyor səhnədən aralı qala
bilmir. Ürəyi səhnəsiz sanki dayanır”.

Ə.Əliyev sonda seriallara dəvət almadığını əlavə edib.

Xatırladaq ki, ötən gün Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist
Ələkbər Əliyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlar
yayılmışdı.

Nəzrin Vahid

Source link