Əməkdar artist Faiq Sadıqovun son durumu AÇIQLANDI – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov Mərkəzi Neftçilər
Xəstəxanasına yerləşdirilib.
Bunu Cixisyolu.com-ın sorğusuna cavab olaraq F.Sadıqovun ilk olaraq yerləşdirildiyi
“Liv Bona Dea Hospital”ın Mətbuat Xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub ki, Faiq Sadıqov hospitala ağciyər pnevmoniyası diaqnozu
ilə yerləşdirilmişdi.
“Vəziyyəti ağır olduğu üçün bir neçə gün idi ki, süni tənəffüs aparatına
qoşulu vəziyyətdə müalicə alırdı. Həkimlərin səyi nəticəsində vəziyyəti kifayət
qədər yaxşılaşdığı üçün bu gün süni tənəffüs aparatından ayrılıb palataya
köçürülməli idi. Lakin ailəsi tərəfindən onun başqa xəstəxanaya köçürməsi
istənildi və ailəsinin istəyinə əsasən o, Mərkəzi Neftçilər Xəstəxanasına
köçürüldü”, – deyə bildirilir.
15:24
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.
Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib.
Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan
birinə yerləşdirilib:
“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi
üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu. Axır vaxtlar
həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı.
Atamın qəfil vəziyyəti pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan
birinə yerləşdirdik. Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin
klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir
həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti
dövlət qurumlarından xahiş edirəm ki, atamın müalicəsinə köməklik göstərsinlər”.
Əzizə İsmayılova