afca8157-51f7-4bc0-be63-3f558a99cb85..jpg

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 572 dəfə baxılıb.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil
olaraq qiymətləndirilir.

Bu məlumat Cixisyolu.com-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib.

Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov
adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq
Sadıqov 2024-cü il aprelin 22-də özəl tibb müəssisəsindən TƏBİB-in tabeliyində
fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Ona zəruri tibbi
xidmət göstərilib. Pasiyent ağciyərlərin xroniki obstruktiv xəstəliyinin
kəskinləşmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, Faiq Sadıqovun vəziyyətinin pisləşməsi barədə onun qızı Əminə
Sadıqova məlumatvermişdi.

Əzizə İsmayılova

Source link