Əməkdar artist Hüsniyyə Mürvətova: “Oğlanlar küçədə arxamca qaçırdılar” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Hüsniyyə Mürvətova xarici görünüşü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi dostlarının onu dəyişdirmək istədiyini, lakin bununla
razılaşmadığını bildirib:
“Bir dostum var, həmişə deyir ki, Hüsniyyə gəl sənin imicini dəyişək. Saçını
kəsdir, nə bilim üzünə bəzi kiçik toxunuşlar edilsin. Neçə illərdir bu sözləri
deyir. Deyirəm yox, mən aktrisayam, qoy, insanlar məni necə görüb qəbul
ediblərsə, elə də qalım.
Gəncliyimdən məni uzun saçlarıma görə tanıyıblar. Hətta küçədə oğlanlar
yeni-yeni səhnəyə çıxanda, arxamca qaçıb deyirdilər, uzun saçlı aktrisa. Mən
yalnız səhnədə müxtəlif obrazlarda dəyişilə bilərəm. Və tamaşaçıları da həyatda
deyil, səhnədə, filmlərdə təəccübləndirmək istəyirəm”.