Əməkdar artist Manana Caparidze detektivlər arasında müzakirə yaratdı –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Manana Caparidze “Maska” şounun detetktivləri arasında müzakirə
yaradıb.
“Olay” xəbər ki, son buraxılışda Avroviziya təmsilçimiz Nigar Camala “Canavar”
maskasının ipucuna şərh bildirərkən bunları söyləyib:
“İpucularda deyildi ki, şou-biznesdə ən mülayimlərdən biri Manana
Caparidzedir. Bilməzsən ki, səni sevir, ya nifrət edir. Onu tanımıram. Doğrudan
elədir? Onda üzr istəyirəm, yenə kiməsə söz atdım”.
Xalq artisti Faiq Ağayev isə Nigarın fikirlərini bu şəkildə izah edib:
“Deyir ki, yaxın münasibəti yoxdur, belə bir görüntü yarada da bilər, ya da
əslinadə belədir. Mən onu ilk gündən tanıyıram çox stratejik, düzgün hərəkətlər
edən insandır. Yəni sadiqdir, dostunu itirmək istəmir deməkdir. Məncə,
xasiyyətinin strategiyasıdır ki, mən həmkarlarımla dost olmalıyam”.
Müğənni-bəstəkar Murad Arif isə Manananın həqiqətən də mehriban insan olduğunu
vurğulayıb:
“Həqiqətən də mehribandır. Faiq bəy bu situasiyanı yumşaltmaq istədi, yenə pis
çıxdı. Məncə, sadəcə mehriban insandır. Bu sizin yozumunuzdur”.