Əməkdar artist: “Ölüm ayağında olsam da, gələrəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Çox qəribədir, uzaqdan, yaxından çox tanıdıqlarım var. Çox nadir insanlar var
ki, onun qədər ona güvənir, inanıram. Bunun üçün xüsusi zəhmətə ehtiyac yoxdur,
məncə. Yetər ki, olduğun kimi qalasan. İlk tanıdığım gündən o qədər sevdim
ki… Sanki illərnən görmədiyim, çox uzaqlarda yaşayan, ancaq ürəyi, diqqəti,
sevgisi mənimlə olan doğma bacımdın”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova Əməkdar
artist Dilarə Əliyeva ilə bağlı paylaşımında yazıb. Müğənni mərhum prodüser
Oqtay Əliyevin ölüm indönümü ilə bağlı paylaşımında bunları yazıb:
“Heç unutmaram ayağım tutulmuşdu, zəng vurdun ki, bir zəng qədər yanındayam.
Bir biləydin o sözün mənə necə dərman oldu. Deyəcəksən, bu Aybəniz hara yoxa
çıxıb neçə aydı. İnşallah, görüşəndə deyəcəyəm. Nə olur olsun, dünya tərsinə
dönsə də bilin ki, ölüm ayağında da olsam, bilsəm sənə gərəyəm, gələrəm mənim
dünya gözəli bacım. Bu gün, Oqtay Əliyevin sənsiz yaşadığı ömrün birinci
ildönümüdür. Ruhu şad olsun. Allah yerini behişt etsin. Övladlarına ruhu duaçı
olsun. Səni isə Allah heç kimə möhtac etməsin. Bu yeni bahar fəsli xoş günlər
nəsib etsin ömrünə. Allahın verdiyi bu ömür imtahanında hər zaman qalib
dayanasan”.