9c1619e2-0bfb-4e3f-a53c-0c2877575ae7..jpg

Əməkdar artist Sənubər İsgəndərli: “Qocalığın nəyi gözəldir, sevmirəm”

Baxış sayı: 616 dəfə baxılıb.

Əməkdar artist Sənubər İsgəndərli: “Qocalığın nəyi gözəldir, sevmirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər
şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki,
“qocalıq gözəldir” deyir. Qocalığın nəyi gözəldir? Qocalıqda nə var? Bu, təbii
prosesdir, hamımız keçirik. Allah hər kəsə ömür versin. Sadəcə qocalıq artıq
xəstəliklərin başlanğıcıdır”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli
verilişlərin birinə qonaq olarkən deyib. O, qocaldıqca insanların tənha
qaldığını bildirib:

“Mənim üçün qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. Çünki
şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub.
Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox
ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini
atırsan dostun, güvəndiyin adam yoxdur”.

S.İsgəndərli anasını itirməsindən danışıb:

“Qeyrətli ana var ki, min ataya dəyər, ata da var, min anaya. Onun önəmi
yoxdur, ana ya ata. “Allah sevdiyi bəndəsini tez yanına aparır” deyirik, amma
onunla özümüzə təsəlli veririk. Fərq etmir. Düşünmürəm ki, Allah sevdiyi
bəndəsini yanına tez aparır. Yox. Sadəcə hər kəsin zamanı var. Mənim anamın da
zamanı onda bitdi. Anam gənc deyildi, rəhmətə gedəndə 55, mənim isə 13 yaşım
var idi. O, zaman mənə həmin yaş çox böyük görünürdü. Mən artıq anamın öldüyü
yaşı keçmişəm”.

Source link