cbaa3361-6652-4c88-b701-c9da392eebb3..jpg

Əməkdar artist Türkiyənin ən məşhur zalında konsert verəcək – AÇIQLAMA

Baxış sayı: 576 dəfə baxılıb.

Əməkdar artist Türkiyənin ən məşhur zalında konsert verəcək – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Sevda Ələkbərzadə Türkiyədə konsert proqramı ilə çıxış edəcək.

Cixisyolu.com-ın əməkdaşı konsertlə bağlı məlumat almaq üçün Əməkdar artistlə əlaqə
saxlayıb.

Sevda Ələkbərzadə qarşıdakı tədbir haqqında maraqlı məqamları açıqlayıb.
Sənətçi yanvarın 24-də İstanbulda “Zorlu Performans Sanatları Merkezi”ndə
səhnəyə çıxacağını söyləyib:

“Zorlu” İstanbulun ən məşhur zalıdır. Artıq bu dəvəti türk musiqiçiləri
tərəfindən neçə ildir alıram. Bir çox səbəblərə görə, gedib çıxa bilmirdim.

Qərara gəldik ki, yanvarın 24-də səhnədə yer alaq. Bu konsertdən iki il öncə
caz ifaçısı, saksofonçu Anıl Şallıellə albomumuz çıxmışdı. Konsertdə albomdan
kompozisiyalarımız səslənəcək. Mən öz albomlarımdan da məşhur mahnılarımı
səsləndirəcəyəm”.

S.Ələkbərzadə səhnədə türk musiqiçiləri ilə ilk dəfə konsert verəcəyini qeyd
edib:

“Səhnədə ilk dəfə türk musiqiçiləri ilə çıxış edəcəyəm. Adətən öz
musiqiçilərim olurdu. İndi ilk dəfə türklərlə canlı konsert verəcəyəm. Çox
maraqlıdır.

Türkiyənin etnik caz musiqisi, xalq musiqisinin cazla sintezi, Azərbaycan
musiqisinin cazla sintezi səslənəcək. Türk musiqilərinin Azərbaycan musiqisi
ilə belə sintezi olmayıb. Lakin ilk dəfə bu sintezi həyata keçirəcəyik. Dünya
musiqi janrlarına müraciət edəcəyik. Canlı musiqi və canlı alətlər olacaq.
Türkiyədə yaşayan soydaşlarımızın hər birini konsertə dəvət edirəm”.

Nəzrin Vahid

Source link