e15ea185-a0cb-4349-aa39-5a9ec383c1d0..jpg

Əməkdar artistin 400 minə tikdirdiyi məscid – VİDEO

Baxış sayı: 572 dəfə baxılıb.

Əməkdar artistin 400 minə tikdirdiyi məscid – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Yusif Mustafayev doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı
kəndində yeni məscid tikdirib.

İqtisadiyyat.az xəbər verir ki, məscidin inşasına bu günə qədər 400 min manat
vəsait sərf olunub. Həmin məbləğin 50 min manatı kənd camaatı tərəfindən
yığılıb.

350 min manatı isə Əməkdar artist Yusif Mustafayev tərəfindən ödənilib.

Hazırda məsciddə tikinti işləri davam edir və son tamamlanma işləri aparılır.

Şərq memarlıq üslubunda inşa edilən iki minarəli ibadət evinin üç aya
istifadəyə veriləcəyi gözlənilir.

Məscidə hələlik ad verilməyib və ibadət ocağının adı açılışa yaxın məlum
olacaq.

Source link