65e28c50-d8a2-438d-9a7a-f78f27016756..jpg

Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB – YENİLƏNİB + VİDEO

Baxış sayı: 468 dəfə baxılıb.

Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Əkbər Əlizadənin dayanacaqlarla bağlı şikayətinə rəsmi cavab
verilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Cixisyolu.com-a məlumat
verilib.

“Qeyd edilən ərazidə əməkdaşlarımız tərəfindən yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi, eləcə də hərəkətin tənzimlənməsi istiqamətində nəzarət
tədbirləri həyata keçirilir. Dayanacaqda yer olmadığı üçün yarana biləcək
sıxlıqların qarşısının alınması məqsədi ilə əlavə tədbirlər görülür”, – deyə
məlumatda qeyd edilib.

21:00

Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib.

Cixisyolu.com xəbər verir ki, aktyor bu barədə “Instagram” səhifəsində paylaşım edib.

O, çalışdığı teatra yollandığını, amma maşınını saxlamağa yer olmadığını
bildirib:

“Hörmətli qurumlar, məsələni həll edin. Akademik Musiqili Teatrda çalışıram.
Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Xaqani
bağının (keçmiş “Molokan” bağı) yanında dayanacaqda yer olduğu halda polis
içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim?
Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulunda olum. Bildirdi ki,
mənə necə göstəriş verilib, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını
harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Bu, teatrın
digər əməkdaşlarının da üzləşdiyi bir problemdir. Dayanacağa hər saatda
ödədiyimiz pul, maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu
məsələ azaldıb. Çünki teatra gələnlər maşın saxlamağa yer tapmırlar”.

Həmin görüntüləri təqdim edirik:
@oxuaz
Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib: “Maaşımızın yarısı
gedir”.
♬ оригинальный звук – Cixisyolu.com News

Source link