Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.
Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib.
Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan
birinə yerləşdirilib:
“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi
üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu. Axır vaxtlar
həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı.
Atamın qəfil vəziyyəti pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan
birinə yerləşdirdik. Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin
klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir
həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti
dövlət qurumlarından xahiş edirəm ki, atamın müalicəsinə köməklik göstərsinlər”.