Əməkdar artistlər xanəndənin toya idman geyimində gəlməsindən danışdılar –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial
şəbəkələrdə müzakirələrə yol açıb
İzləyicilərin əksəriyyəti onu qınayıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Əməkdar artist Sevinc Sarıyeva
bildirib ki, tanınmışlar tamaşaçı qarşısına səhnə və toya uyğun geyimlərdə
çıxmalıdırlar.
“Xanəndənin toya idman geyimində gəlməsi, əlbəttə ki, düzgün hərəkət deyil.
Pərvizdən nə əcəb? O, yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol
verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin
səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə
yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli
mentalitetimiz var. Hər halda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi
deyilik. Estrada oxuyanların da, muğam oxuyanların da özlərinə uyğun geyimləri
var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz
idmandan gələndə yolüstü toya gedib”, – deyə xanəndə bildirib.
Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:
“İndi desəm ki, aprelin 29-da yaradıcılıq gecəm var, gəlin, onu işıqlandırın,
nə gələcəklər, nə də çəkəcəklər. Gecədə ölkənin milli-mənəvi dəyərlərini
qoruyub saxlayan, ictimai, mədəni, siyasi aləmdə xidməti olan insanlar
olacaqlar. O ki, qaldı bu mövzuya… İnsan bəlkə bağından, iş yerindən çatdıra
bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı
səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var.
Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır.
Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər
səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar
bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu
qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu
ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə
həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını
tanımayan, kökündən xəbəri olmayan adamlar varsa, hamısını reklamla qaldırıb
elə bir vəziyyətə gətirib çıxarıblar ki, sanki bu ölkənin, bu vətənin, bu
torpağın üz qabığı bunlardır”.
@oxuaz
Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial
şəbəkələrdə müzakirələrə yol açıb İzləyicilərin əksəriyyəti onu qınayıb.
♬ оригинальный звук – Cixisyolu.com News