34d83266-db73-459b-8ef6-5e8bb0919b3d..jpg

Əməkdar incəsənət xadimi: “Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” – VİDEO

Baxış sayı: 609 dəfə baxılıb.

Əməkdar incəsənət xadimi: “Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir
Quliyev olub.

Bəstəkar bir müddət öncə Türkiyədə müalicə alarkən haqqında yayılan ölüm
xəbərlərinə münasibət bildirib:

“Xəbər yayılanda reanimasiyada idim. Mənə zənglər gəlirdi. Dedilər ki, səni
öldürdülər. Dedim ki, “bir az şişirtmisiniz, o qədər ölməmişəm”. Bu hadisəni
zarafata çevirməyə çalışdım”.

C.Quliyev onu ən çox duyğulandıran əsərindən – “Əsgər marşı”ndan bəhs edib:

“Hər dəfə bu marşı dinləyəndə silahı götürüb müharibəyə qaçmaq istəyirəm. Bəzi
hallarda duyğulanmamaq üçün dinləmirəm. 90-cı illərin əvvəlində nənələrinin
qucağında Qarabağdan gələn uşaqlar 30 il sonra tankın üstündə, bu marşın
sədaları altında torpaqlarımızı geri aldılar. Mənəvi olsa da, köməklik etmiş
olmağım məni çox sevindirir”.

Ətraflı süjetdə:


Source link