32a1ddf7-6212-4d6c-bad7-0c45034e1891..jpg

Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” – FOTO

Baxış sayı: 708 dəfə baxılıb.

Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov muğam ifaçısı Pərviz
Qasımovun ictimai qınağa tuş gələn səhnə geyiminə münasibət bildirib.

Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu zəmanədə kiminsə geyiminə
qadağa qoymaq mümkün deyil:

“Pərviz Qasımov necə istəyirsə, elə də geyinsin. Onsuz da bu saat müğənni
qadınlar necə gəldi geyinirlər. Kişilər də belə geyinib səhnəyə çıxanda
söz-söhbətə səbəb olur. Olsun, nə edək? Kiməsə geyiminə görə heç nə edə
bilmərik. Amma buna baxmayaraq, biz bütün muğam ifaçılarına deyirik ki, səhnəyə
səhnə geyimində çıxmaq lazımdır. Qadınlar da gözəl formada geyinməlidirlər,
açıq-saçıq olmaz və s. Kim necə geyinir özü bilər. Geyim haqqında qadağa
yoxdur. Dərsə gələndə də necə gəldi geyinirlər”.

Qeyd edək ki, məşhur xanəndə Pərviz Qasımovun geyimi ictimai qınağa tuş gəlib.
Xanəndə məclislərin birində idman paltarında səhnəyə çıxıb və canlı muğam
oxuyub.

Source link