Əmanətlərin Sığortalanması Fondu mənfəətini artırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri 2023-cü
il yanvarın 1-nə 566,499 milyon manat təşkil edib.
Cixisyolu.com xəbər verir ki, bu, 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 14 %
çoxdur.
ADIF-in aktivlərinin 455,84 milyon manatını dövlət vekselləri təşkil edib. Bu,
illik müqayisədə 0,08 % çoxdur.
2022-ci ildə ADIF-in cəmi öhdəlikləri 11,3 % azalaraq 293,106 milyon manata, o
cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 25 % azalaraq 22,585 milyon
manata düşüb.
Fondun cəmi kapitalı 64,4 % artaraq 273,393 milyon manata çatıb.
ADIF 2022-ci ili 107,139 milyon manat mənfəətlə başa vurub. Bu, 2021-ci ilə
nisbətən 2,5 % çoxdur.
Qeyd edək ki, ADIF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa
uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank
yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.