İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri istefaya göndərilib.
ÇıxışYolu.Com xəbər verir ki, uğursuz nəticələrdən sonra klub rəhbərliyi ispaniyalı mütəxəssislə yollarını ayırmağa qərar verib.
Bu komandanın sabiq isveçli futbolçusu Fredi Yunqberq komandaya müvəqqəti baş məşqçi təyin olunub. O, yeni baş məşqçi təyin olunana qədər əsas komandaya rəhbərlik edəcək. 1998-2007-ci illərdə bu komandanın əsas simalarından olmuş 42 yaşlı Yunqberq ötən ilin iyunun 12-dən “Arsenal”ın U-23 komandasını çalışdırıb. Bu ilin iyunun 5-dən isə Emerinin köməkçilərindən biri olub.
Qeyd edək ki, Premyer Liqada səkkizinci sırada qərarlaşan “Arsenal” Avropa Liqasında Londonda “Ayntraxt”a uduzub – 1:2. Ümumiyyətlə, “Arsenal” yeddi oyundur ki, qələbə qazana bilmir. Komandanın sonuncu qələbəsi oktyabrın 24-də Avropa Liqasında Portuqaliyanın “Vitorya” (Qimaraynş) komandasını 3:2 hesabı ilə məğlub edib.
Onu da bildirək ki, Unai Emeri ötən ilin mayın 23-də bu komandaya baş məşqçi təyin olunmuşdu. 48 yaşlı bask mənşəli ispaniyalı məşqçi ilə iki illik müqavilə bağlanmışdı.
Səbuhi Musayev