Emeri problemin həll yolunu tapdı: Qenduzinin saçı kəsilməlidir

Baxış sayı: 4. 331 dəfə baxılıb.

Emeri problemin həll yolunu tapdı: Qenduzinin saçı kəsilməlidir

“Arsenal”ın fransalı futbolçusu Mateo Qenduzinin “Mançester Yunayted”lə oyun zamanı saçının Maruan Felaini tərəfindən dartılmasına Unai Emeri maraqlı münasibət göstərib.

ÇıxışYolu.Com xəbər verir ki, ispaniyalı çalışdırıcı bunun üçün Qenduzinin saçını kəsdirməsini məsləhət görüb: 

“Məncə, növbəti matç üçün ən yaxşı şey Mateonun saçını kəsdirməsi olar və bu problem həll olunar! O, Felaini kimi saçını kəsdirməlidir!

Mən oyunçu olanda da belə idi. Bu gün kameralar vasitəsilə doxsan dəqiqə ərzində baş verən bütün hadisələr görünür. Bəzi məsələlər mənim üçün meydandakı oyunçular arasında qalır. Əgər bu yaxşı hərəkət deyilsə, onlar vərəqə ala bilər. Meydanda baş verən hadisə oyunçular arasında olur”.

Bəs Unai Emeri Qenduziyə bu təklifi haqda bildiribmi? Suala cavab belə olub:

“Yox, mən oyunçulara hörmətlə yanaşıram. Həmçinin onun uzun saç saxlamasına da”.

Qeyd edək ki, Maruan Felaini Belçikada, Mateo Qenduzi isə Fransada doğulsa da, hər iki futbolçu Mərakeş əsillidir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.