“Çelsi” klubunun müdafiəçisi Emerson Palmieri mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşması barədə fikirlərini bölüşüb.
“Sovetski sport” yazır ki, o, komandasının Bakıdan Avropa Liqasının Kuboku ilə qayıdacağına inandığını bildirib.
24 yaşlı müdafiəçinin fikrincə, ilk “dördlüyə” düşmədiyi üçün “Arsenal” Avropa Liqasının final matçında ilk dəqiqələrdən aqressiv oynayacaq.
Emerson bildirib ki, “Çelsi” gələn mövsüm əsas Avrokubok yarışında iştirak hüququ qazandığı üçün Bakıda qazanılacaq qələbə xoş bir bonus olacaq.