61c595d9-52b3-4b6f-820c-808c8cf7c901..jpg

Emil Quliyev rejissoru olduğu “Əqrəb mövsümü” serialını bəyənmir – VİDEO

Baxış sayı: 361 dəfə baxılıb.

Emil Quliyev rejissoru olduğu “Əqrəb mövsümü” serialını bəyənmir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Emil Quliyev növbəti açıqlamalarıyla diqqət çəkib.

Cixisyolu.com xəbər verir ki, o, “Əqrəb mövsümü” serialının birinci sezonunu
bəyənmədiyini deyib. Bu barədə Quliyev “Qeyri-ciddi” “YouTube” layihəsində
danışıb:

“Birinci “Əqrəb mövsümü”nü bir çox səbəblər var ki, o qədər də bəyənmirdim. Öz
filmlərim var ki, bəyənmirəm. Nə olsun mən çəkmişəm, nə olsun tamaşaçı bəyənib.
Mən “Körpü”nü daha çox bəyənmişdim. “Körpü” birinci çıxdı, “Əqrəb mövsümü”
ikinci. Tərsinə olsaydı, “Əqrəb mövsümü” “Körpü”yə də bir təkan verərdi. “Körpü
2”ni birincidən daha çox bəyənirəm. Düzdür səs-küy qaldırmadı, amma mən
bəyənirəm”.

E.Quliyev həmçinin “Pərdə” filmindən olan qazancını açıqlayıb:

“Filmə maliyyə tapmaq filmi çəkmək qədər çətindir. Mənə bu günə kimi dostlarım
və kinoteatrlar kömək edib. Orxan Mərdan “İkinci Pərdə”nin prodüseri idi.
Getdik bir az kinoteatrdan borca pul aldıq. Hər üç “Pərdə” filmi ziyana
işləyib. 309 manat pul qazandım. O pulu götürməyə utanırdım. Heç götürə
bilmirsən. 100 manat sosial fonda gedir, hələ vergisi də var. 309 manatdan 128
manat pul qaldı”.

Ətraflı videoda:


Source link