Emiliya Avroviziya mahnısını təqdim etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə
birgə hazırladığı mahnını təqdim edib.
Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia
Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini – “Change
Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.
Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə
Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə
Elvin Cabbarova həvalə edilib.
Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:
“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və
dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını
hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın
içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi
yaşamasını diləyirəm”.
Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə
müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn
altı mahnıdan biri olub.