f91b5c08-2bf5-49ee-8611-28af1203402a..jpg

Emin Əmrullayev: “Mənim imzamla saxtalaşdırılan şahadətnamələrə ehtiyac qalmayacaq”

Baxış sayı: 763 dəfə baxılıb.

Emin Əmrullayev: “Mənim imzamla saxtalaşdırılan şahadətnamələrə ehtiyac
qalmayacaq”

“Xaricdə təhsil alan şəxslərin diplomlarının ölkəmizdə tanınması üçün yeni
qaydalar qüvvəyə minib”.

Cixisyolu.com-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi
brifinqdə bildirib.

Onun sözlərinə görə, bir sıra vacib dəyişikliklər var:

“Əvvəl yalnız bakalavr və magistr diplomunu tanıyırdıqsa, indi isə xaricdə
əldə olunmuş tam orta və orta ixtisas təhsili almış kvalifikasiyalarını
tanıyacağıq”.

Nazir əlavə edib ki, artıq müsahibə mərhələsi ləğv edilir:

“Əvvəllər nazirlik tərəfindən MDB ölkələrində təhsil alan şəxslərin bilik
səviyyəsinin qiymətləndiriliməsi mərhələsi var idi və artıq bu yoxdur. Bunun
əvəzində hüquqşünas, müəllim, mühəndis ixtisaslarını bitirənlər Dövlət İmtahan
Mərkəzində imtahan verəcəklər.

Digər ixtisasları bitirənlərə və təhsil alan zaman həmin ölkədə olanlara
elektron qaydada diplom veriləcək”.

“Şəhadətnamələrə o cümlədən, mənim imzamla da saxtalaşdırılan şahadətnamələrə
ehtiyac qalmayacaq. Fikrimcə, bu sahədə saxtakarlıq imkanı olmayacaq”, – deyə
nazir əlavə edib.

E.Əmrullayev vurğulayıb ki, rus, ingilis, türk dillərində təqdim edilən
sənədlərin notariatda tərcüməsinə ehtiyac qalmır.

İlhamə Əbülfət

Source link