f20fe7db-5834-4d70-8e4c-975cc1ab2359..jpg

Emin Əmrullayev müəllimlərin maaşlarının artırılmasından DANIŞDI – CANLI YAYIM

Baxış sayı: 808 dəfə baxılıb.

Emin Əmrullayev müəllimlərin maaşlarının artırılmasından DANIŞDI – CANLI YAYIM

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Dövlət peşə
təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki
hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə
məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” imzalandığısərəncamla
bağlı mətbuat konfransı keçirir.

Cixisyolu.com-ın məlumatına görə, nazir bildirib ki, 2014-cu illə müqayisədə
müəllimlərin orta əməkhaqları 267 manatdan 790 manata qədər artıb:

“2015-ci ildə bacarıqların diaqnostik qiymətləndirilməsindən keçən
müəllimlərin dərs saatı 12 saatdan 18 saata, əməkhaqları isə iki dəfə
artırılıb. Bu da ümumi müəllimlərin əməkhaqlarının orta hesabla 30 faizə yaxın
artması deməkdir”.

E.Əmrullayev əlavə edib ki, sertifikasiyadan keçdikcə müəllimlərin əməkhaqları
790 manatdan 910 manata qalxacaq:

“İki-üç ildən sonra müəllimlərin orta aylıq əməkhaqlarının 1000 manatdan çox
olacağını proqnozlaşdıra bilərik. Azərbaycanda müəllimlərin 52 faizi 500-1000
manat aralığında əməkhaqqı alır. 29 423 müəllim 1000-1500 manat, 3103 nəfər
1500-2000 manat, 216 müəllim isə 2000 manatdan çox maaş alır”.

İlhamə Əbülfət


Source link