613d5b67-fcef-4f02-97e3-50045137e739..jpg

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə – VİDEO

Baxış sayı: 436 dəfə baxılıb.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb
infrastrukturu ilə bağlı işlərimiz gedir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin
müəllifi olduğu “Sözümüz imzamızdır” verilişində deyib.

Nazir bildirib ki, bölgələrimizin bir çoxunda müasir məktəblər tikilir:

“Təxminən hər il biz 60-80 məktəb təhvil veririk. Düşünürəm ki, bu məktəblər
uzunmüddətli qaydada həm regionlarda təhsilin keyfiyyətinin artmasına, həm də
təhsil sahəsinin yaxşılaşmasına xidmət edəcək.

Bu gün açılışında olduğumuz 624 nəfərlik Bum qəsəbəsi Pərviz Yaqubov adına tam
orta məktəb eyni məqsədə xidmət edir. Qəbələ rayonu təhsil keyfiyyəti ilə
müsbət mənada fərqlənir”.

Nazir işğaldan azad edilmiş ərazilərdəki universitet və məktəblərdən də söz
aşıb:

“Hazırda Xocalı şəhərindəki məktəbin işi tamamlanır, həm Malıbəyli kəndində,
həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir. İşlər
əhalinin köçürülməsinə görə aparılır. Bilirsiniz ki, Kərkicahan qəsəbəsinə köç
planlaşdırılır. Bu mənada biz hazırıq.

Eyni zamanda, Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük
səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də
məktəb təminatı olacaq. Ümid edirik ki, ən qısa zamanda həmin məktəbin
məzunları bizi sevindirəcəklər”.


Source link