Emin Hüseynov: “Azad edilmiş ərazilərdə müxtəlif sahələr üzrə 11 işçi qrup
fəaliyyət göstərir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə 11 müxtəlif sahə
üzrə işçi qruplar fəaliyyət göstərir”.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna
olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Əhalinin
dayanıqlı məskunlaşmasında məşğulluğun rolu – görülmüş işlər və çağırışlar”
mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə çox qısa müddət ərzində görülən işlər
göz önündədir:
“Sözsüz ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti Ali Baş
Komandanİlham Əliyevin səyi və igid ordumuzun gücü sayəsində 30 illik işğala
son qoydu. İgid oğullarımızın qanı-canı bahasına torpaqlarımız azad edildi”.