6292e254-72c1-4fa7-93c7-8771a1b65560..jpg

Emin Hüseynov: “Dünya Məskunlaşma Günü həqiqətən böyük və önəmli tədbirdir”

Baxış sayı: 830 dəfə baxılıb.

Emin Hüseynov: “Dünya Məskunlaşma Günü həqiqətən böyük və önəmli tədbirdir”

“Zəngilanda çox maraqlı danışıqlarımız olmuşdu. Dünya Məskunlaşma Günü
həqiqətən də böyük və önəmli tədbirdir. Bu platformanın təşkilatçılarına
təşəkkür edirəm”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Emin Hüseynov Ümümdünya Məskunlaşma günü ilə bağlı BMT-nin
Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma
Həftəsi” panelində deyib.

O bildirib ki, bərpadan sonrakı proseslərdən danışarkən qeyd etmək lazımdır ki
hər bir münaqişənin spesifik cəhətləri var:

“Azərbaycanda baş verən münaqişələrdə bəzi səciyyəvi xüsusiyyətlərə
toxunmalıyıq. Həmin amillər görəcəyimiz işin miqyasını, potensialını
müəyyənləşdirir. Eləcə də bərpa üçün ayrılacaq vəsaitin, zaman nəzər
alınmalıdır. Amma bizim ərazilərimiz 30 illik işğalda olmasını nəzərə alaraq
deyə bilərik ki, bəzi mühüm məqamlar var.

Ərazilər tamamilə dağıdılmışdı, biz şəhərlərin soyqırımı deyirik. 50
hektarlarla meşələr dağıdılıb və ekoterror adlandıra biləcəyimiz vəziyyət baş
vermişdi. Tarixi, irsi, mədəniyyət abidələri dağıdılmışdı.

Bu 2-3 ilin yox, 30 ilin dağıntılarını. Məhz bu zaman, dünyada hamı dördüncü
sənaye əsrini qeyd etdiyi dövrdə, bu hadisə baş verdi. Məhsuldarlığın artdığı
dönəmdə Qarabağ iqtisadi zonası olaraq biz baş verənlərə qarşı adekvat
tədbirlər görürük. Biz daha çox təbii fəlakətlərin deyil, münaqişədən sonrakı
bərpa işlərindən danışsaq, bir milyondan çox minanı təmizləmək üçün 50 ildən
çox zaman lazım olacaq. Mina çirklənməsi elə belə vəziyyət deyil. Bu durumda
bərpa işləri, idarəetmə işləri də çətindir”.

E.Hüseynov onu da əlavə edib ki, Şərqi Zəngəzur iqtisadi regionunda da
dağıntılar var:

“30 il ərzində nə təbiət, nə binalar, nə də abidələr salamat qalmayıb.
Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu
istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirirlər. Həmin
koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti
tənzimləyir.

Bütün bu işçi qrupları eləcə də mütəxəssislər siyasi elitanın qaldırdığı
məsələlərə texniki həll yolları axtarırlar. Eləcə də sahəvi lokal problemlər
həll edilməlidir. Digər məsələ isə xüsusi nümayəndələrdir. Onlar yerli
ərazilərdə təklif edilənlərin orada reallığını nəzərdən keçirməli, təhlillər
aparmalıdır. Təhlil nəticəsi olaraq rəy verilməlidir. Bu idarəetmədə Azərbaycan
nümunəsində son 3 ildə özünü doğruldur. Çevik bərpa işlərini hər birimiz
görürük. Düşünürəm ki, uğurlu iş dərin təhlil və koordinasiyadan keçir”.

Könül Cəfərli

Source link