Emin Hüseynov: “Füzulidə məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri
ilə təmin olunub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hazırda Füzuli şəhərində məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri
ilə təmin olunub”.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna
olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əhalinin qalan hissə isə ya işə qəbul prosesindədir, ya
da müxtəlif sosial paketlərlə təmin olunub:
“Məqsədimiz odur ki, həmin ərazilərə bundan sonra köçəcək insanlar da
dayanıqlı iş yerləri ilə təmin olunsunlar”.