d9e3b5cc-ec62-4dca-8013-1c2349ca2491..jpg

Emin Mahmudov: “Meydana qələbə üçün çıxacağıq”

Baxış sayı: 580 dəfə baxılıb.

Emin Mahmudov: “Meydana qələbə üçün çıxacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah meydana qələbə üçün çıxacağıq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov
Avstriyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində
mətbuat konfransında deyib.

Yığmanın kapitanı güclü rəqiblə qarşılaşacaqlarını bildirib:

“Bizi güclü komandaya qarşı oyun gözləyir. İntensiv futbol oynayırlar. Yaxşı
nəticələrin davamını gətirmək istəyirik. Çox sıx oynamaqla bir-birimizə yaxın
olmalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Ara ötürmələrində yaxşıdırlar.
Arxada top itirməməliyik. Səfərdə 1:4 hesabı ilə uduzanda topu bizdən alıb
hücuma qoşulurdular. Avstriyaya çox şans verməməyə çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Source link