Emin Sabitoğlunun anım günüdür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun anım günüdür.
Cixisyolu.com xatırladır ki, Emin Sabit oğlu (Sabitoğlu) Mahmudov 1937-ci il noyabrın
2-də Bakıda anadan olub.
Musiqi məktəbini bitirib, 1954-cü ildə konservatoriyaya daxil olan E.Sabitoğlu
iki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına, Yuri
Şaporinin bəstəkarlıq sinfinə keçirilib.
1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində
çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov
adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim
işləyib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin
Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka
və fortepiano üçün poema yazıb.
O, 600-dən artıq mahnı, doqquz musiqili komediya, 40-a yaxın filmə musiqi
bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”,
“İnsaf da yaxşı şeydir” mahnıları məşhur əsərlərindən bəziləridir.
Tamaşalara yazdığı musiqilərsə, o qədər çoxdur ki, sayını heç bəstəkarın özü
də bilməyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran,
Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqilər bəstələyib.
Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.