Eminem ayıq həyat tərzinin 16 ilini qeyd edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Eminem 16 ildir ki, ayıq və sağlam həyat tərzi keçirir.
Musiqiçi alkoqol və narkotik maddələrdən imtina edib.
O, sosial şəbəkələrdə alkoqoldan və narkotik maddələrdən imtina etməsinin hər
ildönümü üçün aldığı yeni “təmizlik nişanı”nı paylaşıb.
Reper 2007-ci ildə həkimlərin çətinliklə onu xilas edə bildiyi o taleyüklü
günü yenidən xatırladıb. Musiqiçi bir dəfəyə 80-ə yaxın həb qəbul etdiyini
etiraf edib.
“Yadımdadır, bu hadisədən sonra ayılanda nəhayət ki, real həyatın nə olduğunu
başa düşdüm. Hər şey mənim üçün yeni idi və anladım ki, xoşbəxt olmağa
başlayıram”, – Eminem yazıb.
Ulduzun sözlərinə görə, o, idman və gündəlik qaçış sayəsində normal həyata
qayıtmağı bacarıb. Fiziki fəaliyyət reperə forma almağa və gündəlik iş rejimi
qurmağa kömək edib.