03d91ecd-9e6a-428f-9f7e-e5d40547484f.jpg

Eminem baba olmağa hazırlaşır: Yeni klipdə təsirli etiraf

Baxış sayı: 28 dəfə baxılıb.

Əfsanəvi reper Eminem tezliklə baba olacağını açıqlayıb. O, sevindirici xəbəri
pərəstişkarlarına maraqlı üsulla – “Temporary” mahnısına çəkilmiş kliplə elan
edib.

Cixisyolu.com-ın verdiyi məlumata görə, arxiv materiallarından hazırlanmış təsirli
videoda Eminemin qızı Heyli Ceyd Skottun böyüməsi nümayiş etdirilir. Klipdə,
həmçinin qızın atasına hamiləliyi barədə xəbər verdiyi an da yer alır; o,
atasına “Nömrə 1 Baba” yazılmış köynək hədiyyə edir və USM şəklini göstərir.

Eminem baba olmağa hazırlaşır: Yeni klipdə təsirli etiraf
Eminem baba olmağa hazırlaşır: Yeni klipdə təsirli etiraf

Qeyd edək ki, Heyli Ceyd Skot sevgilisi Evan Makklintokla may ayında evlənib
. 2016-cı ildən bəri
görüşən cütlük kollecdə oxuyarkən tanış olmuşdular. Heyli psixologiya,
sevgilisi isə iqtisadiyyatı oxuyub.

“Temporary” mahnısı reperin yeni “The Death of Slim Shady” albomunda
uşaqlarına həsr olunmuş iki mahnıdan biridir. Digər “Somebody Save Me”
mahnısında musiqiçi Heyli və qardaşı uşaqlarından narkotik və alkoqol
asılılığına görə üzr istəyir, bu səbəbdən onların uşaqlıq və gəncliyinin bir
çox vacib anlarını qaçırdığı üçün təəssüfünü bildirir.

Source link