4b66a6bb-35ff-41ab-bff1-af21ec873967..jpg

Eminemi rep döyüşündə məğlub edən Breedlov öldü – FOTO

Baxış sayı: 631 dəfə baxılıb.

Eminemi rep döyüşündə məğlub edən Breedlov öldü – FOTO

Əfsanəvi “8 Mile” (“8 Mil”) filmində rol alan məşhur repçi Naşaun Breedlov
dünyasını dəyişib.

Filmdə Eminemlə söz duelinə çıxan repçini canlandıran Breedlov 46 yaşında
həyata gözlərini yumub.

Onun Nyu-Cersidəki evində yuxuda olduğu zaman öldüyü açıqlanıb, lakin ölüm
səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Eminemin həyatından bəhs edən “8 Mile” filmində Lotto obrazını
canlandıran Naşaunun Eminemlə qarşılaşması böyük əks-səda doğurmuşdu.

“OX” səhnə adı altında rep ifa edən və 2001-ci ildə “The Wash” filminin
musiqisini Dr. Dre və Snoop Dogg ilə birlikdə səsləndirən Breedlov Eminemi rep
döyüşündə məğlub edən nadir insanlardan olub.

Mənbə: Haber Global

Source link