Eminemin treki başına bəla oldu: Tramp və qızını təhdid edib

Eminemin treki başına bəla oldu: Tramp və qızını təhdid edib

Baxış sayı: 1. 899 dəfə baxılıb.

Eminemin treki başına bəla oldu: Tramp və qızını təhdid edib

Dünya şöhrətli repçi Eminemin ifa etdiyi bir neçə trek onun başına bəla olub.

Buzzfeed” müxbirləri Eminemin bır sıra mahnılarında ABŞ Prezidenti Donald Tramp və qızı İvankaya təhdid ehtiva etdiyi səbəbi ilə ABŞ Gizli Xidməti agentləri repçi ilə danışdığını təsdiqləyən sənədləri əldə ediblər.

Bundan əlavə, repçinin “BET Awards”da ifa etdiyi “The Storm” treki respublikaçılar arasında səs-küyə səbəb olub. Çünki sözügedən trekdə repçi açıq şəkildə Trampı tənqid edir və öz tərzi ilə bir çox mübahisəli qərarların üstündən sərt şəkildə keçib.

“Ringer” adlı trekdə Eminem bildirib ki, Tramp repçinin mahnılarında olan təhdidlərinin nə qədər ciddi olduğunu və terrorçularla əlaqəsinin olub-olmadığını öyrənmək üçün ona gizli bir xidmət göndərdiyini söyləyib.

İndi məlum olub ki, agentlər keçən il Eminemə baş çəkiblər, lakin onunla və vəkilləri ilə söhbət etdikdən sonra reperin İvanka və Tramp üçün təhlükə olmadığı qənaətinə gəlib, onu sərbəst buraxıblar.

Rəşad Əliyev