1686aa5d-d978-4204-bb1b-c20d3f05d376..jpg

Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü

Baxış sayı: 612 dəfə baxılıb.

Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir məhkum həbsxanada ölüb.

Lent.az-ın xəbərinə görə, Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə
müəssisələrindən birində saxlanılan Rəsul Əlövsət oğlu Hüseynov dünyasını
dəyişib.

Onun xəstəlik səbəbindən öldüyü bildirilir.

Qeyd edək ki, həbsdə ölən Rəsul Hüseynovun ilginc həyat hekayəsi olub.

Belə ki, Rəsul Hüseynov əmisi arvadı ilə gizli eşq yaşayıbmış.

Bakının Pirallahı rayonunda yaşayan Rəsul Hüseynov 2018-ci il iyulun 17-də
sevgilisi Mariya Qəhrəmanovanı qısqanclıq zəminində öldürüb. 35 yaşlı Rəsul
Hüseynov məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi
arvadı Mariya Qəhrəmanova ilə yaxın münasibətləri olub və bu yaxınlıq 10 il
gizli şəkildə davam edib.

Qaynı oğlu ilə gizli eşq yaşayan Mariya Rəsula yaxın günlərdə həbsdə olan əri
Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsulun
qısqanclıq hissi oyanıb. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini
sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib. Rəsul bununla
Mariyanın görüşə gedəcəyini əngəlləyəcəyini zənn edib. Mariya israr etdikdə isə
əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın
baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu
itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya
hadisə yerindəcə dünyasını dəyişib.

Source link