Əmlakı müsadirə edilən türkiyəli fenomen aylıq qazancını açıqladı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dilan-Engin Polat istintaqından sonra diqqət mərkəzinə düşən türkiyəli fenomen
Eylül Öztürk aylıq qazancını açıqlayıb.
ABŞ-də 10 evi olduğu bildirilən Öztürk sosial media hesabında qazancı ilə
bağlı paylaşım edib.
Öztürk verdiyi açıqlamada aylıq qazancını və gəlir mənbələrini açıqlayıb.
Fenomen çirkli pulların yuyulması və şübhəli qazanc mənbələri ilə bağlı
xəbərlərə də sərt reaksiya verib və iddiaları təkzib edib.
İstintaq çərçivəsində var-dövləti müsadirə edilən və təzminat ödəyərək
işçilərini işdən çıxarmalı olan Eylül Öztürk son açıqlamasında aylıq qazancının
bir milyon Türkiyə lirəsinə çatdığını bildirib.
“Aylıq qazancımı sizinlə paylaşacağam. Bir müddət pulsuzluqla sınaqdan
keçirildim, indi də pulla sınanıram. Vergisi ödənilibmi deyə soruşa bilərsiniz.
Bəli, ödənilib. Gündə ən azı 6 reklam təklifi gəlir. Bütün elektron ticarət
platformalarından qazancım məlumdur. Son dərəcə utanc içində bunları
paylaşıram. Mənim zərrə qədər para-pulla işim olmayıb, dostlar”, – deyə o
yayımladığı videoda qeyd edib.
“Bütün qazanclarımın mənbəyi bunlardır. Mənim gəlirim seriallardan,
filmlərdən, aparıcılıqdan və teatr gəlirlərindən qaynaqlanır. Brendimdən də pul
gəlir.
Hər biri 125 min dollara alınan 10 evim var və hamısı eyni anda alınmayıb”, –
deyə fenomen nəzərə çatdırıb.
Eylül Öztürk ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. “İstintaq
bitdikdən sonra hər şey üzə çıxacaq”, – deyə o vurğulayıb.
“Dövlətə bir lirə də borcum yoxdur, varsa, cəzasını ödəyərik”, – deyə Öztürk
əlavə edib.
Xatırladaq ki, çirkli pulların yuyulmasına görə həbs edilən Dilan Polatın
“Çempionlar Liqası” başlığı ilə paylaşdığı fotodakı 12 nəfərin şirkətlərinə Baş
Prokurorluğun tələbi ilə qəyyum təyin edilib ki, bunlardan biri də Eylül
Öztürkdür.
Mənbə: “Sabah”