875850af-ba6d-41ae-bb59-398aa3a174ed..jpg

Emoməli Rəhmon: “Azərbaycanın sədrliyi dövründə SPECA Etimad Fondunun yaradılmasında uğur əldə edilib”

Baxış sayı: 559 dəfə baxılıb.

Emoməli Rəhmon: “Azərbaycanın sədrliyi dövründə SPECA Etimad Fondunun
yaradılmasında uğur əldə edilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SPECA Etimad Fondunun yaradılması məsələsinin uzun müddət ləngiməsinə
baxmayaraq, Azərbaycanın sədrliyi dövründə bu təşəbbüsün həyata keçirilməsində
uğur əldə edilib”.

“Report” xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) Zirvə
görüşündəki çıxışında deyib.

Onun sözlərinə görə, SPECA çərçivəsində mühüm və məhsuldar layihələrin həyata
keçirilməsinin vaxtı çatıb:

“Tacikistan tərəfdaş ölkələrin maliyyə resurslarını cəlb etmək üçün Etimad
Fondunun yaradılması ideyasını dəstəkləyir”.

Tacikistan dövlət başçısı regional inteqrasiyanı inkişaf etdirmək və ölkələr
arasında ticari-iqtisadi əməkdaşlığı artırmaq üçün SPECA-dan daha səmərəli
istifadə etməyə çağırıb.

E.Rəhmon vurğulayıb ki, SPECA ölkələrində nəqliyyat infrastrukturunun inkişaf
etdirilməsi və onların gələcəkdə beynəlxalq nəqliyyat dəhlizlərinə birləşməsi
vacibdir.

İqlim dəyişikliyi problemlərindən də danışan Rəhmon bunun SPECA ölkələri üçün
ciddi çağırış olduğunu qeyd edib. Onun sözlərinə görə, bu kontekstdə ən aktual
problemlər su və digər resursların qorunması olaraq qalır.

Tacikistan lideri müasir dünyada rəqəmsallaşmanın rolunu da vurğulayıb və
SPECA ölkələri arasında əməkdaşlıq üçün Tacikistanda Süni İntellekt Mərkəzinin
açılmasını təklif edib.

Source link