Emoməli Rahmon Lukaşenkonun KTMT ilə bağlı qərarını dəstəklədi

Baxış sayı: 3. 891 dəfə baxılıb.

Emoməli Rahmon Lukaşenkonun KTMT ilə bağlı qərarını dəstəklədi

Tacikistan prezidenti Emoməli Rahmon belaruslu Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna namizədliyini dəstəkləyib və onun bu posta təyin edilməsi ilə bağlı sənədi imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyinə Tacikistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Vafo Niyatbekzoda məlumat verib. 

Onun sözlərinə görə, bu sənədi təşkilata üzv ölkələrin liderləri imzalamalıdır və bunun üçün vaxt müəyyən edilməyib. 

Zasın namizədliyini dəstəklədiyini Tacikistan prezidenti dekabrın 14-də Düşənbədə onunla görüşü zamanı səsləndirib. 

Qeyd edək ki, dünən Belarus prezidenti Aleksandr Lukaşenko da bu sənədi imzalamışdı.

www.ÇıxışYolu.Com