3d6d497c-6274-41db-916e-f085dc168ddc..jpg

Ən dəbli məşhurlar onlardır – SİYAHI

Baxış sayı: 696 dəfə baxılıb.

Ən dəbli məşhurlar onlardır – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moda redaktorları 2024-cü il mükafatlandırma mövsümünün ən dəbli ulduzlarının
reytinqini tərtib edib.

Siyahıda birinci “Poor Things” filmində baş qəhrəmanı canlandırdığı üçün “Ən
yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatı qazanan aktrisa Emma Stoun
olub. Siyahının müəllifləri onun paltarlarının kəsimi və müxtəlif parça
fakturaları ilə apardığı eksperimentləri qeyd ediblər. Eyni zamanda, “Barbie”
filminin ulduzu Marqo Robbi “Köhnə Hollivud” üslubunda geyimlərinə görə
təriflənib.

Bundan başqa, müğənni Davayn Coy Rendolf, Florens Pyu və Amerika Ferrera,
həmçinin Lili Qledstoun, Sandra Hyuller və Qreta Li də reytinqə daxil
ediliblər. Televiziya ulduzları Emili Blant və Keri Mulliqan da öz növbəsində
ziyafət paltarlarını sevdiklərinə görə stilistlər tərəfindən ən dəbdəbəli
seçiliblər.

Mənbə: New York Post

Source link