35a72b36-49e6-4b42-a233-a27046e57c80..jpg

“Ən-Nəsr” daha bir ulduzun transferinə yaxındır – FOTO

Baxış sayı: 533 dəfə baxılıb.

“Ən-Nəsr” daha bir ulduzun transferinə yaxındır – FOTO

Səudiyyə Ərəbistanı “Ən-Nəsr”i daha bir ulduz futbolçunu transfer etməyə
hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, klub Portuqaliya
“Portu”sundan Otavionun transferini bitirib. Tərəflər bütün məsələlərdə ortaq
məxrəcə gəliblər. Oyunçu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza
atacaq.

Qeyd edək ki, Kriştianu Ronaldunun da formasını geyindiyi “Ən-Nəsr” bu yay
Sadio Mane, Seko Fofana, Marselo Brozoviç, Aleks Telleş kimi futbolçuları
transfer edib.

Xatırladaq ki, Otavio 2014-cü ildən “Portu”da çıxış edir. “Transfermarkt”
portalına görə, 28 yaşlı cinah oyunçusunun dəyəri 35 milyon avrodur.

Source link