“Ən-Nəsr”in baş məşqçisi Superkubok matçında Ronaldunun qırmızı vərəqə
almasından danışıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ən-Nəsr”in baş məşqçisi Luis Kastro Səudiyyə Ərəbistanı Superkubokunun
yarımfinal mərhələsinin “Əl-Hilal”la oyununda (1:2) hücumçu Kriştianu
Ronaldunun qırmızı vərəqə alaraq meydandan qovulması ilə bağlı qalmaqallı
epizoddan danışıb.
“Rəqib Kriştianu ilə təmasdan istifadə edərək sifətinə vurulan zərbədən
şikayətləndi. Mən təkrarı gördüm və oyunçunun üzünə toxunma olmadı. Hakim,
fikrimcə, rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi”, – deyə Kastro
bildirib.
Xatırladaq ki, 86-cı dəqiqədə Ronaldu rəqibinə dirsək vurduğuna görə birbaşa
qırmızı vərəqə almışdı. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan
sarğısını partnyoruna tərəf atıb, arxasını hakimə çevirərək meydanı tərk edib.
Mənbə: Championat