Epileptik olan körpənin anası: “Günlərlə yemək ala bilmirəm” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir yaş yeddi aylıq Raulun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Dünya Hüseynova məlumat verib.
O bildirib ki, övladı anadan gəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir.
“Raul 2022-ci ilin may ayında dünyaya gəlib. Anadan olandan onun epileptik
olduğunu öyrəndik. Həmin gündən də bizim üçün ağır günlər başladı. İmkanımız
olmadığından uşağın bütün müalicələrini vaxtı-vaxtında edə bilmədik. İndi isə
Raulun gün ərzində 5-6 dəfə epilepsiyası tutur. Hər dəfə epilepsiyası tutanda
inanın onu geri qaytara bilməyəcəm deyə çox qorxuram. İnanın bir qarnı tox, bir
qarnı ac uşaq böyüdürəm. Günlərlə yemək bişirməyə ərazağımız olmur, qonşular
verir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”
Kart nömrəsi: 5522 0993 5719 0784
Ailə ilə əlaqə: (055) 363-89-23