3822f685-a74d-4017-83fd-f2d7b0d423f5.webp

Ərəb İslam Şurası rəhbərindən “Hizbullah” liderinin qətli ilə bağlı sensasiyalı AÇIQLAMA

Baxış sayı: 319 dəfə baxılıb.

Ərəb İslam Şurasının Livandakı baş katibi Məhəmməd Əli əl-Hüseyni
“Hizbullah”ın mərhum lideri Həsən Nəsrullahın ölümündən öncə maraqlı
açıqlamalar verib.

Cixisyolu.com xəbər verir ki, o iki gün əvvəl “Əl-Ərəbiyyə” televiziyasında çıxış
edərək Nəsrullahın onu dəstəkləyənlər tərəfindən satıldığını bəyan edib və
tezliklə məhv ediləcəyini vurğulayıb.

“Nəsrullah, bir bilsən ki, İranda sənin haqqında nə danışırlar, vəziyyət
dəyişər. Vəsiyyətini yaz, çünki Qüdsə girmək xəyalların səni aldatdı,
şəriklərin səni satdı”, – deyə əl-Hüseyni bildirib.

Source link