17659344-1144-4115-883a-25705a259053..jpg

Ərəblər Azərbaycan klubuna və millimizin futbolçusuna böyük məbləğ ödəyəcəklər

Baxış sayı: 560 dəfə baxılıb.

Ərəblər Azərbaycan klubuna və millimizin futbolçusuna böyük məbləğ ödəyəcəklər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” klubunun “Sabah”a ödəyəcəyi
məbləğ məlum olub.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, ərəblər Azərbaycan təmsilçisinə təxminən
bir milyon avro ödəyəcəklər. Bundan başqa, “Əl-Əyn” “Sabah”ın məhkəmə
prosesindəki xərclərini də qarşılamalı olacaq.

BƏƏ klubu Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə də ödəniş edəcək.
“Əl-Əyn” futbolçuya ödəyəcəyi məbləğ 700 min avrodan çoxdur. Eyni qaydada
oyunçunun vəkilə etdiyi ödənişləri də klub qarşılamalı olacaq.

Qeyd edək ki, 2021-ci ilin iyulunda Bəhlul Mustafazadə “Sabah”dan “Əl-Əyn”ə
transfer olunub. BƏƏ klubu müqavilə şərtlərinə əməl etməyərək, bir ay sonra
oyunçu ilə yollarını ayırıb, Azərbaycan təmsilçisinə ödənilməli olan transfer
məbləği isə verilməyib. Bundan sonra həm “Sabah”, həm futbolçu qarşı tərəfdən
FIFA-ya şikayət ediblər. Ali futbol qurumu şikayətləri təmin edib. Dünən isə
İdman Arbitarj Məhkəməsi (CAS)“Sabah”ın lehinə qərar
verib.

Faiq Tahirov

Source link