aaaf7a29-e187-4cec-82d1-ff1a525eb9fc..jpg

Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”

Baxış sayı: 773 dəfə baxılıb.

Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin 2023-cü ildə ixrac rəqəmləri rekord həddə çataraq 255,8 milyard
dollar təşkil edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə
İxracatçılar Birliyində keçirilən toplantıda bildirib.

“İlin sonunda ixracatımız 0,6% artaraq 255,809 milyon dollara yüksəlib və
Cümhuriyyət tariximizin rekordunu qırıb”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, ixracın artımı baxımından Türkiyə ortamüddətli iqtisadi
inkişaf proqramında qarşıya qoyulan hədəfləri üstələyib.

Eyni zamanda Türkiyə lideri əlavə edib ki, ölkəsi ötən ilin fevralında baş
vermiş dağıdıcı zəlzələlərin nəticələrinə görə təxminən 6 milyard dollar
itirib. Ümumi zərər isə 104 milyard dollar təşkil edib.

Mənbə: Anadolu

Source link