0a2284c7-33c6-4058-8808-056e562992bb.jpg

Ərdoğan “3+3” platforması çərçivəsində dörd ölkənin XİN başçılarını qəbul edib

Baxış sayı: 35 dəfə baxılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” regional platforması üzrə
növbəti toplantı çərçivəsində dörd ölkənin xarici işlər nazirlərini qəbul edib.

Cixisyolu.com “AHaber”ə istinadən xəbər verir ki, görüş Dolmabağça sarayında baş
tutub.

Qəbulda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın Xarici
işlər naziri Sergey Lavrov, İranın Xarici işlər naziri Abbas Əraqçı və
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər.

Görüş mətbuata qapalı keçirilib.

Source link