Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərinin niyə baş tutmamasını
izah edib.
“Bizim ABŞ-yə səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə
salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-də seçki keçiriləcək və cənab Baydenin
qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda
baş verir”, – Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə
müsahibəsində bildirib.
Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı.
Aprelin 26-da “Haber Global” telekanalı ABŞ-li rəsmiyə istinadən Türkiyə
liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini
bildirib.