Ərdoğan: “Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə
aparmalıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə
aparmalıyıq”.
“Report” xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun
iştirakçılarına ünvanladığı məktubda yer alıb.
O, məktubunda qeyd edib ki, Antalya Diplomatiya Forumu bir çox dövlət
başçılarını, 150 ölkədən olan təmsilçiləri bir yerə topladı:
“Həmin forumda iqlim dəyişmələri, müharibələr və bir çox mövzular müzakirə
olundu. Bu gün də gündəmdə vacib məsələlərin müzakirəsi dayanır. Beynəlxalq
nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq. Parçalanma
ilk olaraq regional səviyyədə başlayır və daha sonra qlobal səviyyəyə yüksəlir.
Bu münaqişələr isə iqtisadi, siyasi və sosial sahələrə ciddi təsir göstərir”.
Ərdoğan məktubunda vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilinə
keçir və sülhün bərpa olunması təxirəsalınmaz məsələdir:
“Türkiyə bu yolda addımlar atır, digər dövlətlər də səylərini
gücləndirməlidir”.
Türkiyə lideri həmçinin bildirib ki, regional qeyri-bərabərliyin yaratdığı
ayırıcı xətlər qlobal təhlükəsizlik probleminə çevrilməkdədir:
“Biz Cənubi Qafqaz regionunda çiçəklənmənin təmin edilməsi üçün çalışmalıyıq”.
Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatı (TDT)
Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.