Ərdoğan: “BMT-də mütləq islahatlar aparılmalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT Təhlükəsizlik
Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoymasına görə kəskin tənqid edib.
O, İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək BMT-də
islahatlara ehtiyac olduğunu açıqlayıb.
“Təəssüf ki, Təhlükəsizlik Şurasının bir daimi üzv – ABŞ-yə görə atəşkəs
qətnaməsi rədd edildi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ ilə
bu, mümkün deyil”, – Türkiyə lideri bildirib.
“BMT-də mütləq islahatlar aparılmalıdır”, – o vurğulayıb.
Mənbə: Haber Global